Amerika Ürək Assosiasiyasının Pediatrik Təkmil Həyat Dəstəyi (PALS) təlim kursu

image not found!

Amerika Ürək Assosiasiyasının Pediatrik Təkmil Həyat Dəstəyi (PALS) təlim kursu

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Amerika Ürək Assosiasiyasının(American Heart Association) Azərbaycanda Beynəlxalq Təlim Mərkəzi (AHA -İnternational Training Center) statusunu əldə etmişdir. AHA Beynəlxalq Təlim Mərkəzi olaraq Pediatrik Təkmil Həyat Dəstəyi (Pediatric Advanced Life Support (PALS)) təlimləri təşkil edirik. 

 Pediatrik Təkmil Həyat Dəstəyi (PALS) kursu həkimlər, tibb bacıları, həkim köməkçiləri, feldşerlər də daxil olmaqla tibb işçiləri üçün nəzərdə tutulmuşdur. Bu kursda tələbələr, pediatrik xəstələri qiymətləndirmək üçün sistemli bir yanaşma, PALS müalicə alqoritmləri və uşaq farmakologiyası, uşaq EKQ və disritmiya idarəçiliyi də daxil olmaqla uşaqlar üçün təsirli ürək və ağciyər reanimasiya üsullarını öyrənirlər.

 

Təlimdə əhatə olunan mövzular:

  • Uşaqlarda müxtəlif klinik halların idarə olunması;

  • Bütün növ respirator, şok və kardiogen təcili və təxirəsalınmaz halların menecmenti;

  • Aritmiyaların diaqnostikası;

  • Ürək dayanması, bradi/taxi aritmiyaların müalicəsi;

  • Pediatrik EKQ əsasları;

  • Reanimasiya tədbirləri zamanı komanda işi və psixomotor vərdişlərin nümayiş etdirilməsi və s.

 

Bu kursda iştirak etməklə hansı bilik və bacarıqlara sahib ola biləcəksiniz:

  • Körpələr və ya yuxarı yaşlı uşaqlarda tənəffüs çatmazlığı və şok simptomlarının müəyyənləşdirilməsi və müalicəsi

  • Uşaq ürək-ağciyər canlandırması bacarıqları

  • Uşaq ürək-ağciyər dayanması hallarının qarşısının alınması, erkən müdaxiləsi və uğurlu reanimasiya tədbirlərinin tətbiqi

  • Reanimasiya tədbirləri zamanı komanda işi və psixomotor vərdişlərinin nümayiş etdirilməsi

Təlimi uğurla bitirən iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim edilir. 

AHA International Training Center