G&I Training Academy Əlavə Təhsil Mərkəzi Qida məhsullarının izləniləbilmə sistemləri üzrə təlimin keçirilməsini təklif edir.
Təlimin Məqsədi:
Müəssisədə məhsullarının izlənmə sisteminin qurulması xammal qəbulu və emalının qeydiyyatı, məhsul istehsalının qeydiyyatı, hazır məhsulun izlənməsi sistemi, həmçinin geri çağırma üzrə prosedurların hazırlanması dövrlərini əhatə edir. Dəqiq izlənəbilmə sisteminin qurulması müəssisədə yararsız məhsulun anbarda qalma ehtimalının minimuma endirmək, yararsız məhsulun satış nöqtələrindən vaxtında yığışdırmaq, eyni zamanda tədarükçü və distribyutorların çatdırılma faizi və göndərmə dəqiqliyi üzrə qiymətləndirilməsini həyata keçirməyə imkan verir.
Təlim kimlər üçün nəzərdə tutulub:
Sertifikatlaşdırma proqramlarının əhatə dairəsinə daxil olan dövlət qurumlarının, publik hüquqi qurumların və digər dövlət qurumlarının əməkdaşları
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri və onların işçi heyəti (QTİS rəhbərləri, Menecerlər, Aşpazlar, Keyfiyyət üzrə nəzarətçilər, Anbardarlar və s.)
Təcrübə proqramı çərçivəsində dəvət olunmuş tələbələr
Laboratoriyalarda ixtisasartırma kursları çərçivəsində mürəciət edən şəxslər
Fərdi şəxslər
Mövzular:
Giriş
Qida məhsullarının izlənilməsi proseduru
Geriçağırma proseduru
Təlim müddəti: 1 gün
Qrupda dinləyicilərin sayı: Minimum 6 nəfər – maksimum 12 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.