Media

Xəbərlər

image not found!

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür.!

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür...!

Bu münasibətlə Əməyin mühafizəsi sahəsində çalışan və ona dəyər verən hər kəsi təbrik edir və təhlükəsiz həyat arzu edirik...!

Beynəlxalq Əmək Təşkilatı (BƏT) International Labour Organization tərəfindən hər il Ümumdünya Əməyin Mühafizəsi Günü müasir çağırışlardan irəli gələn mövzularda elan olunur. Bu il üçün həmin gün “Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” mövzusuna həsr olunub.

Qeyd olunan mövzu COVID-19 pandemiyasının əmək sferasına mənfi təsirləri fonunda əməyin mühafizəsinin, müvafiq qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi baxımından xüsusi aktuallıq kəsb edir. Azərbaycanda da bu istiqamətdə ciddi və ardıcıl işlər aparılır. Ölkəmizdə pandemiya dövründə geniş sosial dəstək paketinin əsas istiqamətlərindən biri pandemiyanın əmək sferasına mənfi təsirlərinin azaldılması, işçilərin təhlükəsizliyinin təmini olub.

#ilo #WorldDayforSafetyandHealthatWork #gigroup #sayetyDay #covid19 #ÜmumdünyaƏməyinMühafizəsigünü #ƏməyinMühafizəsi #28aprel

Media