Bloq

image not found!

Təhlükə potensiallı obyektlər nədir?

Təhlükə potensiallı obyektlər

1. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.

2. Təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.

4. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə təhlükə potensiallı obyektlərin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırıla bilər. 

 

ƏLAVƏ 1

TƏHLÜKƏ POTENSİALLI İSTEHSAL OBYEKTLƏRİ

Təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir;

1. Alınan, istifadə edilən, emal olunan, düzəldilən, saxlanılan, nəql olunan, məhv edilən aşağıda göstərilən təhlükəli maddələr:

1.1. tez alovlanan maddələr - normal təzyiqdə və hava ilə qarışdıqda tez alovlanma qabiliyyəti alan və normal təzyiqdə qaynama temperaturu 20S və ya aşağı olan qazlar;

1.2. oksidləşən maddələr - yanmaya kömək edən, tez alovlanma yaradan və (və ya) oksidləşmə-bərpaedici ekzotermik reaksiya nəticəsində, digər maddələrin tez alovlanmasına səbəb olan maddələr;

1.3. tez alışan maddələr - öz-özünə, eləcə də alışdırma mənbəyindən alışan və sonra müstəqil yanan mayelər, qazlar, tozlar;

1.4. partlayıcı maddələr - xarici təsir nəticəsində istilik ayrılması və qazların əmələ gəlməsi ilə sürətlə öz-özünə genişlənən kimyəvi, çevrilməyə malik olan maddələr;

1.5. zəhərləyici maddələr - canlı orqanizmlərə təsiri nəticəsində onların məhvinə gətirib çıxaran və aşağıdakı xarakteristikaya malik olan maddələr:

orqanizmə (mədəyə) düşərkən hər kiloqrama 15 milliqramdan, hər kiloqrama 200 milliqramadək (daxil olmaqla) orta ölüm dozası olan;

dəriyə düşərkən hər kiloqrama 50 milliqramdan hər kiloqrama 400 milliqrama qədər (daxil olmaqla) orta ölüm dozası olan;

havada hər litrə 0,5 milliqramdan hər litrə milliqramadək orta ölüm konsentrasiyası olan;

1.6. yüksək zəhərləyici maddələr-canlı orqanizmlərə təsir edərkən onların məhvinə gətirən və aşağıdakı xüsusiyyətləri olan maddələr:

orqanizm (mədə) daxilinə qəbul olunarkən hər kiloqrama orta ölüm dozası 15 milliqramdan çox olmayan;

dəriyə təsir edərkən hər kiloqrama orta ölüm dozası 50 milliqramdan çox olmayan;

havada hər litrə olan ölüm konsentrasiyası 0,5 milliqramdan çox olmayan.

1.7. ətraf mühit üçün təhlükəli maddələr - su mühitində aşağıdakı kəskin zəhərləyici göstəriciləri ilə xarakterizə olunan maddələr:

96 saat ərzində balığa inqalyasiya təsiri edərkən hər litrdə orta ölüm dozası 10 milliqramdan çox olmayan;

48 saat ərzində şirin su mikroorqanizmlərə təsiri zamanı hər litrə orta ölüm dozası 10 milliqramdan çox olmayan;

72 saat ərzində yosunlara təsir edərkən hər litrə orta inqibirasiya konsentrasiyası 10 milliqramdan çox olmayan;

2. təzyiq altında 0,07 meqapaskaldan artıq və ya suyun qaynama temperaturu 115OS rejimdə işləyən avadanlıqlar;

3. stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər eskalator, kanat yolları, funikulyorlar və liftlər;

4. qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması;

5. dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi və yeraltı şəraitdə işlərin aparılması;

6. neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri;

7. təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması;

8. elevatorlu-unüyütmə, qarışıq yem və mineral gübrə sənayesi;

9. neft-kimya, neft emalı və qaz təchizatı sahələri.

 

Mənbə. Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu. http://www.e-qanun.az/framework/21

Bloq