SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

Fövqəladə Hallar zamanı Davranış qaydaları

G&I Training Acadmy Əlavə Təhsil Mərkəzi yerli və Beynəlxalq standartların tələbləri əsasında Fövqəladə hallara hazırlıq və Fövqəladə hallar zamanı davranış qaydaları mövzusunda təlim təklif edir. 

 

Təlimin Məqsədi: 

  • Fövqəladə hallara öncədən hazırlıq işlərinin görülməsi
  • Fövqəladə hallar zamanı davranış qaydaları 
  • Peşəkar (professional) Fövqəladə xilasetmə komandası gələnədək vəziyyəin idarə olunması
  • Düzgün planlaşdırma və nəzarət tədbirlərinin görülməsi sahəsində bilik və bacarıqlarını öyrənilməsi. 

 

 

Təlimi kursunu bitirdikdən sonra iştirakçılar (dinləyicilər) aşağıdakı bilik və bacarıqları mənimsəmiş olacaqlar:

  • Fövqəladə hallar (FH) zamanı sahə rəhbərliyinin rolları və vəzifələri.
  • FH-ları idarə edərkən prioritetlərin necə qiymətləndirilməsi və effektiv qərarların necə verilməsi.
  • FH boyunca effektiv kommunikasiyaya necə nail olmalı və onu necə davam etdirməli.
  • FH-lara Reaksiya komandasının üzvləri, sahə işçiləri və xarici resurslarının rəhbər heyət vasitəsilə necə nəzarət və liderlik edilməsi.
  • FH-ların idarə edilməsi strukturunda stresin təsirlərini anlamaq, onun təsirlərini azaltmaq və təsir altında olan personalın idarə edilməsi.

 

Təlim kimlər üçün nəzərdə tutulub: Fövqəladə hallar zamanı xilasetmə komandası (Çevik müdaxilə komandası - Emergency Response Team (ERT),  Müəssiənin könüllü yanğından mühafizə dəstələri, komandaları, drujinaçılar, Tibbi yardım komandası və rəhbər heyət üçün nəzərdə tutulmuşdur. 

 

Mövzular: 

  • Giriş
  • Qanunvericilik. Fövqəladə Hallar (FH) zamanı davranış qaydaları
  • Fövqəladə hallar nədir
  • Fövqəladə halların təsnifatı və növləri
  • Təbii xarakterli fövqəladə vəziyyətlər 
  • Texnogen xarakterli fövqəladə hallar
  • Fövqəladə Halların idarə olunması
  • Səriştəliliyin elementləri
  • FH komandası
  • FH-ların idarə edilməsi komandasının rolları və məsuliyyətləri  
  • FH-lara reaksiya təliminin əhəmiyyəti
  • FH-lara hazırlıq 
  • Planlaşdırma
  • Məlumatın (informasiyanın) idarə olunması / Effektiv kommunikasiya
  • Əsas heyət (personal)
  • FH-lara qarşı reaksiya planı
  • FH zamanı stres və stresin idarə olunması 
  • Qiymətləndirmə (yazılı test və praktiki məşğələlərin qiymətləndirilməsi)

 

Təlim müddəti: 2 gün (nəzəri və praktik hissə) 

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 3 il

SƏTƏM təlimləri