Fövqəladə Hallar zamanı Davranış qaydaları
G&I Training Acadmy Əlavə Təhsil Mərkəzi yerli və Beynəlxalq standartların tələbləri əsasında Fövqəladə hallara hazırlıq və Fövqəladə hallar zamanı davranış qaydaları mövzusunda təlim təklif edir.
Təlimin Məqsədi:
- Fövqəladə hallara öncədən hazırlıq işlərinin görülməsi
- Fövqəladə hallar zamanı davranış qaydaları
- Peşəkar (professional) Fövqəladə xilasetmə komandası gələnədək vəziyyəin idarə olunması
- Düzgün planlaşdırma və nəzarət tədbirlərinin görülməsi sahəsində bilik və bacarıqlarını öyrənilməsi.
Təlimi kursunu bitirdikdən sonra iştirakçılar (dinləyicilər) aşağıdakı bilik və bacarıqları mənimsəmiş olacaqlar:
- Fövqəladə hallar (FH) zamanı sahə rəhbərliyinin rolları və vəzifələri.
- FH-ları idarə edərkən prioritetlərin necə qiymətləndirilməsi və effektiv qərarların necə verilməsi.
- FH boyunca effektiv kommunikasiyaya necə nail olmalı və onu necə davam etdirməli.
- FH-lara Reaksiya komandasının üzvləri, sahə işçiləri və xarici resurslarının rəhbər heyət vasitəsilə necə nəzarət və liderlik edilməsi.
- FH-ların idarə edilməsi strukturunda stresin təsirlərini anlamaq, onun təsirlərini azaltmaq və təsir altında olan personalın idarə edilməsi.
Təlim kimlər üçün nəzərdə tutulub: Fövqəladə hallar zamanı xilasetmə komandası (Çevik müdaxilə komandası - Emergency Response Team (ERT), Müəssiənin könüllü yanğından mühafizə dəstələri, komandaları, drujinaçılar, Tibbi yardım komandası və rəhbər heyət üçün nəzərdə tutulmuşdur.
Mövzular:
- Giriş
- Qanunvericilik. Fövqəladə Hallar (FH) zamanı davranış qaydaları
- Fövqəladə hallar nədir
- Fövqəladə halların təsnifatı və növləri
- Təbii xarakterli fövqəladə vəziyyətlər
- Texnogen xarakterli fövqəladə hallar
- Fövqəladə Halların idarə olunması
- Səriştəliliyin elementləri
- FH komandası
- FH-ların idarə edilməsi komandasının rolları və məsuliyyətləri
- FH-lara reaksiya təliminin əhəmiyyəti
- FH-lara hazırlıq
- Planlaşdırma
- Məlumatın (informasiyanın) idarə olunması / Effektiv kommunikasiya
- Əsas heyət (personal)
- FH-lara qarşı reaksiya planı
- FH zamanı stres və stresin idarə olunması
- Qiymətləndirmə (yazılı test və praktiki məşğələlərin qiymətləndirilməsi)
Təlim müddəti: 2 gün (nəzəri və praktik hissə)
Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: 3 il