Əməyin təhlükəsizliyi ilə bağlı davranışa təsir edən amillər.
Sağlamlıq və əməyin təhlükəsizliyinin idarə olunmasında ən çox əhəmiyyət kəsb edən amil (faktor) işçinin fərdi davranışıdır. Bir işçi mükəmməl şəkildə davrana bilər, digəri isə yox və bu təhlükəli davranış onların özlərini və digər şəxsləri təhlükə altına qoya bilər.
3 əsas amil işçinin davranışına təsir edir:
1. Təşkilati amillər - onların işlədiyi şirkətin səciyyəvi xüsusiyyəti;
2. İş amilləri - onların yerinə yetirdikləri tapşırıq;
3. Fərdi amillər - onların fərdi xüsusiyyətləri.
1. Təşkilati faktorları (amilləri).
• Şirkətin əməyin təhlükəsizliyi ilə bağlı mədəniyyəti
• Siyasətlər və prosedurlar
• Rəhbərliyin məsul yanaşması və liderliyi
• Nəzarət səviyyələri
• Yoldaşların təzyiqi
• Məsləhətləşmə və işçilərin iştirakı
• Ünsiyyət
• Təlim
• İş rejimləri
2. İş faktoraları (amilləri).
• Tapşırıq (işin xüsusiyyəttləri, erqonomik təhlükələr, erqonomik dizayn)
• İş yükü (işin həcmi, norması, təhvil tarixi və növü)
• Displeylər və idarəetmə panelləri (bunların dizaynı və iş yerinin pis tərtib olunması)
• Mühit (məkan, işıq, səs-küy, temperatur, rütubət, iş şəraiti)
• Prosedurlar (işlə bağlı prosedurlar və keyfiyyəti - yazılı prosedurun olmaması, mürəkkəb, yararsız, çətin başa düşülən, ətraflı yazılmamış)
3. Fərdi faktorlar (amillər)
İşçinin əməyin təhlükəsizliyi ilə bağlı davranışa təsir edən fərdi xarakterinin əsas xüsusiyyətlərinə aşağıdakılar daxildir:
• Yanaşma - təhlükəsizliklə bağlı baxış, düşüncə və qavrama tərzidir.
• Səriştəlilik - bilik, bacarıq, təlim və təcrübənin vəhdəti;
• Motivasiya - iş yerindəki stimullar.
İnsanlar işlərinə öz bilik və bacarıqlarını, təcrübələrini, yanaşmalarını, motivasiyalarını, vərdişlərini və xarakterlərini qatırlar. Bu xüsusiyyətlərin bəziləri dəyişdirilə bilməz, lakin bəziləri dəyişdirilə bilər.
Yanaşmaların dəyişməsi
• Maarifləndirmə və təlim
• Effektiv müdaxilələr (çıxarılmış nəticələr, nişan işarələr)
• Məcburetmə (qaydalar və tədbirlər)
• Qərarvermə prosesində məsləhətləşmə və ya iştirak (işçiləri prosesə cəlb etmək)
Mənbə. ©NEBOSH
#nebosh #safety #safetyculture #gigroup #sətəm #training #behaviour