NƏ ÜÇÜN SAĞLAMLIQ və ƏMƏYİN TƏHLÜKƏSİZLİYİNİN İDARƏETMƏ VACİBDİR?
İşçilərin məruz qaldıqları risklərin azalması;
İdarəetmə rahatlığı;
Müştəri əminliyi;
Ruh yüksəkliyi;
Məhsuldarlığın artması;
Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşması;
İşçilərin işə gəlməmə hallarının azalması;
Mənfəətin maksimuma çatdırılması
SƏTƏM İdarəetmə sistemini tətbiq etməklə siz:
Qanunvericilik və digər tələblərə uyğunluq əldə edə
İmicinizi (reputasiyanızı) yüksəldə
Mənfəətinizi artıra
Zərər və sığorta xərclərini azalda
Sağlam İşçi heyətinin varığının təmin olunmasına
Rəqabətə davalılığı təmin edə bilə
Biznesinizi yaxşı İdarəedə bilərsiniz.
MƏNƏVİ/SOSİAL İşçilərin işlərini icra edərkən zədələnməyə məruz qalmaları və sağlamlıqlarını itirmələri qəbuledilməzdir. Təşkilatın öz işçilərinin sağlamlıq və əməklərinin təhlükəsizliyinin qayğısına qaldığını nümayiş etdirməsi işçilərin daha çox məmnumiyyət içərisində olmalarına və onların daha çox məhsuldarlığına gətirib çıxaracaq. İnsanların öz rifahlarını təmin etmək üçün işə gedərək xəsarət almaları cəmiyyət tərəfindən qəbul olunmur. Təhlükəsizliklə bağlı əsas mənəvi öhdəliklər məhz işəgötürənin üzərindədir. Onlar işçilərin sağlamlıq və təhlükəsizliyini qorumaq üçün məsuliyyət daşıyırlar. Heç bir halda işçilərə verilən əmək haqqı və s onların təhlükəsizliyi üçün görülən tədbirləri əvəz edə bilməz.
HÜQUQİ – Qanun tələb edir ki, şirkətin məsul şəxsləri tərəfindən şirkətin fəaliyyəti ilə bağlı proqnozlaşdırılması mümkün olan risklər qiymətləndirsin və riskin azaldılması üçün praktiki cəhətdən mümkün olan bir səviyyədə nəarət tədbirləri tətbiq edilsin. Bu çox adi yanaşmadır, çünki hər bir halda riskləri yaradan şirkətdir. Qanun tələb edir ki, işəgötürən öz işçisinin və fəaliyyəti nəticəsində təsiri gözlənilən digər insanların sağlamlıq və təhlükəsizliyini qorusun. Əks təqdirdə, müvafiq orqanlar (misal üçün: Əmək müfəttişliyi) tərəfindən müəyyən tədbirlər görülə bilər. Misal üçün: Xəbərdarlıqlar, müəssisənin fəaliyyətinin dayandırılması, cərimələr, həbslər.
MALİYYƏ – Cərimələrin və şəxsi zərərçəkmə hallarına görə təzminat tələbi ehtimallarının azaldılması kimi, şirkət işçilərinin sağlamlığı və əməyin təhlükəsizliyinin idarə olunması ehtimalı sığorta xərclərini azaltmaq yolu ilə maliyyəyə qənaət etməyə, daha təhlükəsiz və daha effektiv yollarla işləməyə nail olmaq olar. İşçilərinin sağlamlığı və əməyin təhlükəsizliyinə həssas bir şirkət kimi reputasiya qazanmaq sizə yeni işlər əldə etmək, işçilərinzi saxlamaq və daha yeni işçilər işə götürə bilməniz üçün yeni qapılar aça bilər.
İş yerində baş verən hər hansı insident xərcə bərabərdir. Başqa sözlə, qəza=xərc. Ona görə də şirkət təbii olaraq xərcə düşməmək üçün təhlükəsizliyə önəm verəcək ki, onun iş yerində qəza, xəsarət alma, ölüm halı olmasın. Əks təqdirdə müəyyən xərclər ödəməli olacaq.