Bloq

image not found!

SƏTƏM siyasəti

 Nə üçün SƏTƏM Siyasəti tərtib olunur?

  • SƏTƏM İdarəetmə Sisteminin tələblərinə cavab vermək:

 

SƏTƏM Siyasətinin əsas məqsəd və hədəfləri: 

  • Bədbəxt hadisələrə/qəzalara yol verməmək.
  • İnsanlara zərər verməmək.
  • Ətraf mühitə ziyan vurmamaq.
  • Bütün riskləri praktik cəhətdən mümkün qədər aradan qaldırmaq, azaltmaq və ya onlara nəzarət etmək.
  • Müvafiq standart və qanunvericiliyə tam riayət etmək . 

 

SƏTƏM Siyasəti üçün tələblər:

  • Yığcam olmalıdır

  • Şirkətin fəaliyyətinə uyğun olmalıdır

  • Şirkətin hədəflərinə və məqsədlərinə uyğun olmalıdır

  • Müvafiq hüquqi qanunvericiliyin tələbləri nəzərə alınmalıdır

  • Şirkətin rəhbərinin liderliyini, səyini və öhdəliyini əks etdirməlidir

  • Təhlükəsizlik tədbirlər planı göstərilməlidir

  • Sənədləşdirilməlidir

  • Hər il yenidən baxılmalı və təkmilləşdirilməlidir.

 

Sağlamlıq, Əməyin Təhlükəsizliyinə dair siyasətin  tərtib olunmasının məqsədi və əhəmiyyəti:

  • Sağlamlıq və  əməyin təhlükəsizliyinə dair şirkətin siyasəti onun sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı məqsədlərini, bu məqsədlərə nail olmaq üçün cavabdeh olan şəxsi və bu  məqsədlərə nail olmaq yollarını müəyyən edən önəmli bir sənəddir.

  • Bu siyasət, onu tərtib edən baş menecerlərin, eləcə də onu icra edən orta və aşağı səviyyə  menecerlərinin qərarvermə prosesində  rol oynayır.

 

SƏTƏM Siyasətinin tərkibi adətən üç hissədən ibarət olur:

  1. Ümumi məqsəd bəyanatı

  2. Struktur 

  3. Təşkilatı tədbirlər bölməsi

 

  • Ümumi məqsəd bəyanatı  - şirkətin sağlamlıq və əməyin təhlükəsizliyinə verdiyi əhəmiyyəti və gözlənilən məsul yanaşmanı xarakterizə edir. Bu, şirkətin nail olmaq istədiyi məqsəd və hədəfləri müəyyən edir. Bu bəyanat şirkəti idarə edən şəxs tərəfindən imzalanır. Bu,  sağlamlıq və əməyin təhlükəsizliyinin idarə olunmasına şirkətin ümumi yanaşmasını və onun effektivliyi ilə bağlı məqsədlərini ətraflı şəkildə göstərir. Niyyətin qoyuluşu - Hədəflər və məqsədlər, Rəhbərliyin öhdəliyi

 

  • Struktur bölməsi - şirkətdaxili bütün səviyyələrdə mövcud olan vəzifə və öhdəlikləri açıqlayır. Bu bölmədə öhdəlik və tabeçilik pillələri göstərilir. Sağlamlıq və əməyin  təhlükəsizliyinə dair  siyasətin bu bölməsi şəxslərdən və onların sağlamlıq və təhlükəsizliyinə dair vəzifə borclarından bəhs edir. Təşkilatçılıq - vəzifə və səlahiyyətlər. Ünsiyyət yolları

 

  • Təşkilati tədbirlər - bölməsində şirkətin sağlamlıq və əməyin təhlükəsizliyini necə idarə etməsi haqqında məlumatlar verilir. Burada sağlamlıq və əməyin təhlükəsizliyinin idarə olunması ilə əlaqədar olan ümumi təşkilati tədbirlərin, eləcə də sağlamlıq və əməyin təhlükəsizliyinə dair mövzular və məsələlər ilə əlaqədar olan xüsusi təşkilati tədbirlərin qısa təsviri verilir. Təşkilati tədbirlər bölməsi adətən sağlamlıq və əməyin təhlükəsizliyinə dair  siyasətin ən böyük bölməsi olur. Bu bölmə sağlamlıq və əməyin  təhlükəsizliyini idarə etmək üçün ümumi təşkilati tədbirlərdən, o cümlədən şirkətə aid xüsusi risklər və onun fəaliyyətləri ilə əlaqədar mühüm olan xüsusi təşkilati tədbirlərdən bəhs edir ki, bu bölməyə sağlamlıq və əməyin təhlükəsizliyini idarə etmək üçün istifadə olunmuş sistemlər və prosedurlar daxildir. Tədbirlər - SƏTƏM siyasətini necə icra etmək. Məsləhət metodları (yolları). Yoxlama metodları (yolları). Təhlükələrə nəzarət etmək.

 

Hədəflər (və məqsədlər):

  • Hüquqi tələblərə cavab verilməsi

  • Təhlükəsiz iş yeri/ avadanlıqları/ sistemləri

  • Təlimin və məlumatların təmin edilməsi

  • Riskin qiymətləndirilməsi

  • Lazımi resurslar

  • İşçilərlə ünsiyyət  və məsləhətləşmələr

  • Qəza və xəstəlik  hallarının azaldılması

  • Aktiv monitorinqin aparılması

 

Struktur (məqsəd):

  • Siyasəti həyata keçirmək üçün vəzifələr

  • Sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı vəzifələrin müəyyən edilməsi

  • Tabeçilik iyerarxiyasının müəyyən edilməsi

  • Vəzifə və öhdəliklərin müəyyən edilməsi

  • Şirkətin direktorundan tutmuş adi işçilərə qədər olan bütün səviyyələrinin əhatə olunması

  • Xüsusi ixtisaslaşdırılmış  vəzifələrin daxil edilməsi. Məs, ilk tibbi yardım işçiləri və texniki təhlükəsizlik üzrə məsləhətçilər.

 

Təşkilati tədbirlər (məqsəd): 

  • Siyasətin həyata keçirilməsi üçün təşkilati tədbirlər

  • Sağlamlıq və əməyin təhlükəsizliyini  idarə etmək üçün təşkilati tədbirlər

  • Əsas riskləri idarə etmək üçün xüsusi təşkilati tədbirlər 

 

Bloq